WEF Azərbaycan iqtisadiyyatı üçün gələcək 2 ilin risklərini müəyyənləşdirib

Maliyyə
  • 11 yanvar, 2022
  • 12:51
WEF Azərbaycan iqtisadiyyatı üçün gələcək 2 ilin risklərini müəyyənləşdirib

Dünya İqtisadi Forumu (WEF) Azərbaycan iqtisadiyyatı üçün gələcək 2 ildə 4 risk müəyyənləşdirib.

“Report” xəbər verir ki, bu barədə WEF-in “Qlobal Risklər Hesabatı 2022”də bildirilib.

Hesabata əsasən, Azərbaycan iqtisadiyyatı ilə bağlı qarşıdakı dövrdə əsas risklər- təbii ehtiyatlarla bağlı böhranlar; böyük iqtisadiyyatlarda aktivlər köpüyünün partlaması; böyük iqtisadiyyatlarda borc böhranları; iqlim fəaliyyətində uğursuzluq, çoxtərəfli qurumun dağılması, ətraf mühitə texnogen zərər və yoluxucu xəstəliklərdir.

Qeyd edək ki, hesabat dünyanın 124 ölkənin iqtisadiyyatları üçün ilk beş riski təqdim edir. WEF-in İcraçı Rəy Sorğusunda (EOS) iştirak edən 12 min şəxsə “Növbəti iki ildə ölkəniz üçün kritik təhlükə yaradacaq 5 risk nədir?” sualı verilib və 35 riskdən ibarət siyahıdan real təhlükələri seçmələri istənilib. Sorğu 2021-ci ilin maydan sentyabra qədər dövrü əhatə edib.

Qurum ümumi 5 kateqoriya risk müəyyən edib. Ancaq bunun, yalnız 4-ü Azərbaycana aid edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti