Vüsal Qasımlı: "Azərbaycanda faktiki ÜDM potensial ÜDM-dən az olub"

Vüsal Qasımlı: "Azərbaycanda faktiki ÜDM potensial ÜDM-dən az olub" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru: "Azərbaycan iqtisadiyyatı maraqlı transformasiya mərhələsinə qədəm qoyub"
Maliyyə
30 May , 2017 09:34
Vüsal Qasımlı: Azərbaycanda faktiki ÜDM potensial ÜDM-dən az olub
Report.az

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatı maraqlı transformasiya mərhələsinə qədəm qoyub.

“Report”un məlumatına görə, bunu Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə keçirilən “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfransda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, 2016-cı ildə ilk dəfə ölkənin faktiki ümumi daxil məhsulu (ÜDM) potensial ÜDM-dən az olub. Buna görə də milli iqtisadiyyatın inkişafı ilə bağlı ötən il Strateji Yol Xəritəsi qəbul edilib.

“Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün texnoloji yenilənmə, institusional inkişaf və insan kapitalının formalaşdırılması əsas istiqamətlər kimi seçilib. Artıq ilkin nəticələr də var. Bu ilin ilk 4 ayının nəticələrinə görə, ölkənin qeyri-neft sektorundan ixrac 22% artıb, valyuta ehtiyatlarının azalması dayanıb, Azərbaycan manatının sabitliyi təmin edilib. Hazırda dövriyyədə olan pul bazası ÜDM-in 13%-ni təşkil edir. Halbuki, Qazaxıstanda bu rəqəm 11%, Cənubi Koreyada 8%, Türkiyədə 6,5%-dir”, - deyə V.Qasımlı əlavə edib.

Son xəbərlər

Orphus sistemi