ADB Azərbaycana gələcək əməkdaşlıq istiqamətlərini təklif edib

ADB Azərbaycana gələcək əməkdaşlıq istiqamətlərini təklif edib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru ilə görüşüb
Maliyyə
12 Mart , 2021 10:37
ADB Azərbaycana gələcək əməkdaşlıq istiqamətlərini təklif edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan arasında görüş keçirilib.

Bu barədə “Report”a İİTKM-dən məlumat evrilib.

Görüşdə son zamanlarda həyata keçirilən iqtisadi islahatlar, “Doing Business” və digər beynəlxalq reyqtinlərdə Azərbaycanın qabaqcıl mövqeyi barədə məlumatlar təqdim edilib. Həmçinin sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilmiş milli prioritetləri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər və kommunikasiya tədbirləri barədə də ətraflı danışılıb.

Eyni zamanda, makro-iqtisadi tədqiqatlar üzrə hazırlanmış təhlil və proqnozlaşdırma modellərinin hazırlanmasında ADB tərəfindən təmin edilən texniki yardım və əməkdaşlıq yüksək qiymətləndirilib.

Görüşdə Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan Azərbaycanda infrastruktrurun yenidən qurulması və maliyyə sektorunun inkişafı istiqamətində AİB tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. İqtisadi artım və diversifikasiya sahəsində tədqiqatların aparılması, makro-iqtisadi təhlil və proqnozlaşdırma modeli üzrə praktiki təlimlər və strateji əhəmiyyət kəsb edən sahələr üzrə iqtisadi islahat sənədlərinin hazırlanması gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.

Müzakirədə Asiya İnkişaf Bankının baş iqtisadçısı Nail Vəliyev və İİTKM-in İqtisadi Təhlil və Analitik İnformasiya Departamentinin rəhbəri Rəşad Hüseynov və Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova da iştirak edib.

Son xəbərlər

Orphus sistemi