Von der Leyen: "Avropa İttifaqı Asiyaya investisiyalarını intensivləşdirəcək"

Von der Leyen: "Avropa İttifaqı Asiyaya investisiyalarını intensivləşdirəcək" “Avropa İttifaqı, Asiya ölkələrinə investisiyalarını hər zamankindən daha çox artıracaq və səhiyyə, iqtisadiyyat və iqlimlə bağlı böhranlarla mübarizədə əməkdaşlığı gücləndirəcək”.
Maliyyə
27 Noyabr , 2021 12:09
Von der Leyen: Avropa İttifaqı Asiyaya investisiyalarını intensivləşdirəcək

“Avropa İttifaqı, Asiya ölkələrinə investisiyalarını hər zamankindən daha çox artıracaq və səhiyyə, iqtisadiyyat və iqlimlə bağlı böhranlarla mübarizədə əməkdaşlığı gücləndirəcək”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen ASEM-in (Avropa-Asiya) 13-cü görüşündən sonra keçirilən press-konfransda deyib.

O bildirib ki, Aİ və Asiya ayrı-ayı dünyalardır: "Ancaq biz heç vaxt bu qədər yaxın olmamışdıq. Koronavirus ilə mübarizə, pandemiya səbəbi ilə zərbə alan iqtisadiyyatın bərpası və iqlim dəyişikliyi mübarizədə hər iki tərəf əməkdaşlıq etməlidir.

Avropa, artıq Asiya-Sakit Okean regionu ölkələrinə 550 milyon dozadan çox peyvənd ixrac edib. Biz peyvəndləri dünya ilə bölüşməyə davam edəcəyik. Bu səbəblə Aİ və Asiya arasında açıq və sabit ticarət mühiti mövcuddur, buna qarşı güclü qarşılıqlı öhdəliklərin olması çox vacibdir. Açıqlıq, çoxtərəflilik və qaydalara əsaslanan ticarət sistemi davamlı iqtisadi bərpa üçün həlledici olacaq. Birgə bərpanı sürətləndirmək üçün bir addım irəli gedirik. Bölgələrimiz arasında həm fiziki, həm də rəqəmsal olaraq yeni əlaqələr yaranacağı üçün investisiyalarımızı heç vaxt olmadığı qədər intensivləşdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi