Bakı. 5 oktyabr. REPORT.AZ/ “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 39,9% azalaraq bu il yanvarın 1-nə 2,086 mln. manat təşkil edib.
“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Viza Kredit”in müştərilərə verdiyi xalis kreditlər 41% azalaraq 1,778 mln. manata düşüb.
Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 23,1% azalaraq 2,379 mln. manata düşüb. Bununla belə, maliyyə qurumunun cəmi kapitalı onun öhdəliklərindən 293 min manat az olub.
Qeyd edək ki, “Viza Kredit” 2017-ci ili 640 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 26 min manat xalis mənfəətlə çıxmışdı.