“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 6 dəfə artıb

“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 6 dəfə artıb “Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,3 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
18 İyun , 2020 09:25
“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 6 dəfə artıb

“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,3 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 6,3 dəfə çoxdur.

Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 3,4 milyon manat (əvvəlki ilə nisbətən 5,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 26 min manat (79,8% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 7,3 milyon manat olub ki, bu da illik müqayisədə 48,9% çoxdur. Bunun 5,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 38,1% böyüyüb.

Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 24,2% azalaraq 3 milyon manata düşüb, balans kapitalı isə 4,7 dəfə artaraq 4,3 milyon manata çatıb.

Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır. 

Son xəbərlər

Orphus sistemi