“Viator Mikrokredit Azərbaycan” BOKT-un öhdəlikləri 38 % artıb
- 08 may, 2024
- 06:09
“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 594 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4 dəfə çoxdur.
Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 656 min manat (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 63 min manat (28,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 8,776 milyon manat olub ki, bu da illik müqayisədə 22,5 % çoxdur. Bunun 8,112 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 29,5 % böyüyüb.
Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 38,3 % artaraq 3,674 milyon manata, balans kapitalı isə 13,2 % artaraq 5,102 milyon manata çatıb.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.