“Viator Mikrokredit Azərbaycan” BOKT-nin aktivləri 84% azalıb

“Viator Mikrokredit Azərbaycan” BOKT-nin aktivləri 84% azalıb “Viator Mikrokredit Azərbaycan” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 6,9% azalaraq 4,879 milyon manat təşkil edib.
Maliyyə
25 May , 2019 17:30
“Viator Mikrokredit Azərbaycan” BOKT-nin aktivləri 84% azalıb

“Viator Mikrokredit Azərbaycan” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 6,9% azalaraq 4,879 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Viator Mikrokredit Azərbaycan”ın müştərilərə verdiyi xalis kreditlər isə 8% azalaraq 4,05 milyon manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 12,9% azalaraq 3,976 milyon manat, cəmi kapitalı isə 33,6% artaraq 903 min manat olub.

“Viator Mikrokredit Azərbaycan” 2018-ci ili 532 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 1,333 milyon manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi