Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 683 536,5 min manat vəsait daxil olub.
Bu barədə “Report”a Vergilər Nazilriyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə müvafiq proqnoz tapşırığına 103,2% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daxilolmalar 165 346,2 min manat yaxud 5,8% azalıb.
Hesabat dövründə ölkə üzrə ümumilikdə 44 961 vergi ödəyicisi qeydiyyata alınıb.