Vergilər Nazirliyi jurnalını Azərbaycan Dövlət İqtisad Universitetinə satıb

Vergilər Nazirliyi jurnalını Azərbaycan Dövlət İqtisad Universitetinə satıb Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycanın vergi jurnalının satınalınmasına dair müqavilə imzalayıb.
Maliyyə
105
4 İyul , 2019 12:01
Vergilər Nazirliyi jurnalını Azərbaycan Dövlət İqtisad Universitetinə satıb

Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti "Azərbaycanın vergi jurnalı"nın satınalınmasına dair  müqavilə imzalayıb.

“Report” xəbər verir ki, jurnalın təhsil müəssisəsinə satılması ilə bağlı iyulun 3-də Vergilər Nazirliyi ilə müqavilə imzalanıb.

Müqavilənin dəyəri 58 400 manatdır. 

Xatırladaq ki, jurnal 2003-cü ildə iyulun 1-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilib. İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olub. 2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir.

Son xəbərlər

Orphus sistemi