Vergilər Nazirliyində vəzifə bölgüsü aparılıb

Vergilər Nazirliyində vəzifə bölgüsü aparılıb Nazirin müşaviri Habil Məmmədovun səlahiyyətləri artırılıb
Maliyyə
7 Noyabr , 2016 10:42
Vergilər Nazirliyində vəzifə bölgüsü aparılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Baş vergi xidməti müşaviri Raqif Qurban oğlu Qurbanov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. “Report” xəbər verir ki, o bu vəzifədə vergilər nazirinin müşaviri təyin edilmiş Natiq Şirinovu əvəz edib.

Məlumata görə, keçmiş müşavir İlqar İsmayıl oğlu Əhmədov isə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi təyin edilib. Bununla da ədliyyə müşaviri Vüqar İsmət oğlu İsmayılov vəzifədən azad edilib.

Bundan əlavə, nazir müşaviri Habil Amil oğlu Məmmədovun səlahiyyətləri artırılıb və o, həm də Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. Həmçinin, H.Məmmədova Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin kuratorluğu da tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi