​Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

​Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb Bu, intizamın formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi daşıyır
Maliyyə
123
2 Oktyabr , 2015 15:23
​Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın vergilər nazirinin əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti ləğv edilərək Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti İdarəsi yaradılıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bu əmr vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi daşıyır.

Qeyd edək ki, Vergilər Nazirliyi Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqların icrası, eləcə də Vergilər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş qərarların və vergilər naziri Fazil Məmmədovun əmri ilə təsdiq edilmiş Tədbirlər Planından irəli gələn məsələlərin həll edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi