Vergilər Nazirliyi: İlk rübdə 6430 vergi ödəyicisi qeydiyyatdan keçib

Vergilər Nazirliyi: İlk rübdə 6430 vergi ödəyicisi qeydiyyatdan keçib Bu il 522 POS-terminal qeydiyyata alınıb
Maliyyə
18 Aprel , 2017 18:48
Vergilər Nazirliyi: İlk rübdə 6430 vergi ödəyicisi qeydiyyatdan keçib

Bakı. 18 aprel. REPORT.AZ/ “Bu ilin ilk üç ayında departamentin qeydiyyatında olan vergi ödəyicilərinin sayı 6430 vahid artaraq 242 522-yə çatıb. 2017-ci ilin ilk rübü ərzində departament tərəfindən 3031 təsərrüfat subyekti, 1668 nəzarət-kassa aparatı, 522 POS-terminal qeydiyyata alınıb”. 

“Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədov deyib.

Onun sözlərinə görə, departamentin qarşısında duran mühüm vəzifələrdən biri vergi ödəyicilərinin öz biznesini inkişaf etdirməsi, dövriyyələrini artırması, tədricən orta sahibkarlıq subyektinə çevrilməsi üçün onlara maksimum dəstək göstərilməsidir və bu, sahibkarlığın inkişafı ilə yanaşı, vergi daxilolmalarının potensial artımı üçün də baza təşkil edir.

“2017-ci ilin 1-ci rübündə 2715 vergi ödəyicisinin uçot yeri Vergilər Nazirliyi yanında Lokal gəlirlər departamentinə dəyişdirilib ki, bunların da 334-ü ƏDV ödəyicisi, 97-si 6% və 8% dərəcə ilə sadələşdirilmiş vergi dərəcəsi üzrə qeydiyyata alınmış vergi ödəyiciləri olub. Bu bir daha göstərir ki, vergi ödəyicilərinin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmağa doğru dəyişməkdədir. Vergi ödəyicilərinin uçotunun dürüstləşdirilməsi sahəsində də işlər davam etdirilir. 2017-ci ilin mart ayı ərzində departamentin təşəbbüsü əsasında əks-əlaqə prinsipi tətbiq edilməklə 1071 vergi ödəyicisinin və onlara məxsus təsərrüfat subyektlərinin vergi uçotuna alınmasına kömək göstərilib”,- baş direktor vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi