Vergilər nazirinin I müavini Ucarda vətəndaşları qəbul edib

Vergilər nazirinin I müavini Ucarda vətəndaşları qəbul edib Bu gün Vergilər nazirinin I müavini Sahir Məmmədxanov Ucar şəhərində yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Maliyyə
21 İyun , 2019 16:43
Vergilər nazirinin I müavini Ucarda vətəndaşları qəbul edib
Vergilər Nazirliyi / Report

Bu gün Vergilər nazirinin I müavini Sahir Məmmədxanov Ucar şəhərində yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. 

Bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib. 

Məlumata görə, qəbulda vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, uçot, əmək münasibətləri, vergi orqanlarında işlə təminat sahəsində vətəndaşların qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə Nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi