Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək Bakı. 20 avqust. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov avqustun 27-i saat 11-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Maliyyə
20 Avqust , 2018 17:13
Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Mikayıl Cabbarov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov avqustun 27-i saat 11-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

“Report” Nazirliyə istinadən xəbər verirk ki, qəbul Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi, 2 ünvanında yerləşən 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında keçiriləcək.

Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan sakinlər iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 avqust 2018-ci il tarixlərində Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi