Vergilər naziri Naftalanda vətəndaşları qəbul edəcək

Vergilər naziri Naftalanda vətəndaşları qəbul edəcək Qəbulda Naftalan şəhəri, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları iştirak edə bilərlər
Maliyyə
14 Sentyabr , 2015 10:13
Vergilər naziri Naftalanda vətəndaşları qəbul edəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-də vergilər naziri Fazil Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edəcək. “Report” Vergilər Nazirliyinin məlumatına əsasən bildirir ki, nazir vergi ödəyicilərinə xidmət mərkəzində Naftalan şəhəri, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti, Gəncə şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi, Naftalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi