“Vergi mübahisələrinin səmərəli həlli” layihəsinin açılışı olub

“Vergi mübahisələrinin səmərəli həlli” layihəsinin açılışı olub Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçiriləcək “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin videokonfrans formatında açılış tədbiri keçirilib.
Maliyyə
26 Yanvar , 2021 15:02
“Vergi mübahisələrinin səmərəli həlli” layihəsinin açılışı olub

Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçiriləcək “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin videokonfrans formatında açılış tədbiri keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə layihənin Aİ tərəfdən rəhbəri Viktor Ciner, icraçı rəhbər Helder Conceicao, Azərbaycan tərəfdən Dövlət Vergi Xidmətinin Beynəlxalq əlaqələr baş idarəsinin şöbə rəisi Eldar Babazadə və digər şəxslər iştirak ediblər. Görüş zamanı layihənin icrası üzrə müzakirələr aparılıb.

“Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin icra müddəti 18 aydır və bir neçə komponentdən ibarətdir. Bunlar vergi mübahisələrinin həll olunması sisteminin hüquqi və institusional çərçivədə gücləndirilməsi, Dövlət Vergi Xidməti əməkdaşlarının mübahisələrin həlli istiqamətində bilik və bacarıqlarının artırılması, vergi mübahisələri ilə bağlı aidiyyəti tərəflərin, həmçinin ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması üzrə kommunikasiya proqramıdır.

Layihənin icrası üzrə tenderin qalibi Hollandiyanın ECORYS şirkətidir.

Son xəbərlər

Orphus sistemi