"Valyuta tənzimi haqqında" qanunda dəyişikliklə bağlı Prezidentin etirazı parlamentdə müzakirə olunub

"Valyuta tənzimi haqqında" qanunda dəyişikliklə bağlı Prezidentin etirazı parlamentdə müzakirə olunub Dövlət başçısının etirazının əsaslı olduğu və dəyişikliklərin məqsədəuyğun olmadığı vurğulanıb
Maliyyə
23 Fevral , 2016 14:58
Valyuta tənzimi haqqında qanunda dəyişikliklə bağlı Prezidentin etirazı parlamentdə müzakirə olunub

Bakı. 23 fevral. REPORT.AZ/ "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanununa Azərbaycan Prezidentinin etirazı parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, dövlət başçısının etirazının əsaslı olduğu və dəyişikliklərin məqsədəuyğun olmaması barədə qərara gəlinib.

Qeyd edək ki, sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli qanun Azərbaycan Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə qaytarılıb.

Xatırladaq ki, “Valyuta tənzimi haqqında” qanunda təklif olunan dəyişikliklərə əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün limitdən artıq məbləğin 20%-i miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Son xəbərlər

Orphus sistemi