Türkmənistanda valyuta satışına məhdudiyyət qoyulub

Türkmənistanda valyuta satışına məhdudiyyət qoyulub Valyuta satışı aylıq əmək haqqı ilə məhdudlaşdırılıb
Maliyyə
110
20 İyul , 2016 16:35
Türkmənistanda valyuta satışına məhdudiyyət qoyulub

Bakı. 20 iyul. REPORT.AZ/ Türkmənistanda valyuta satışına məhdudiyyət qoyulub. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, neft və qaz satışından əldə edilən gəlirlərin azalması Türkmənistan hökümətini bu addımı atmağa vadar edib. Adının çəkilməsini istəməyən biznesmen "Reuters" agentliyinə açıqlamasında, Türkmənistan Mərkəzi Bankının yerli şirkətlərə təmamilə valyuta satışını dayandırdığını qeyd edib. Onun sözlərinə görə, valyuta satışı ancaq ölkə əhəmiyyətli layihələrdə yer alan və ölkənin imicini təmsil edən şirkətlərə həyata keçirilir. 

Əhaliyə valyuta satışı isə hər bir fərdin aylıq əmək haqqı məbləği ilə məhdudlaşdırılıb. Ölkədə orta aylıq əmək haqqı isə 590 türkmən manatına (168,5 dollara) bərabərdir. 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından Türkmənistana xarici valyutada köçürülən vəsaitlər əhaliyə yerli valyutaya konvertasiya edilərək verilir. Hazırda ölkədə dolların rəsmi məzənnəsi 3,5 manatdır. Amma, qara bazarda məzənnə 5,5-6 manata bərabərdir.

Son xəbərlər

Orphus sistemi