Valyuta mübadiləsi fəaliyyətinə tələb olunan lisenziya üçün rüsum müəyyənləşib

Valyuta mübadiləsi fəaliyyətinə tələb olunan lisenziya üçün rüsum müəyyənləşib "Dövlət rüsumu haqqında" qanununa dəyişiklik təklif edilir
Maliyyə
18 Aprel , 2017 18:21
Valyuta mübadiləsi fəaliyyətinə tələb olunan lisenziya üçün rüsum müəyyənləşib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya alınması üçün rüsum müəyyənləşib.

"Report"un xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanununa dəyişiklik təklif edilir.

Layihəyə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyanın verilməsi üçün 500 manat dövlət rüsumunun tutulması təklif edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi