​Vahid Əhmədov: "10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılmasını təklif edirik"

​Vahid Əhmədov: "10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılmasını təklif edirik" Millət vəkili idxala ciddi nəzarət olunmasını da təklif edir
Maliyyə
246
29 Dekabr , 2015 12:47
​Vahid Əhmədov: 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılmasını təklif edirik

Bakı. 29 dekabr. REPORT.AZ/ "Azərbaycan Mərkəzi Bankı ilə müəyyən məsləhətləşmələr aparmışıq. Təklif edirik ki, 10 min dollaradək kreditlər köhnə məzənnə, yəni 1,05 manatla qaytarılsın. Hökumətdən xahiş edirəm ki, Mərkəzi Banka kömək etsin".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"İkinci təklif odur ki, əmanətlərin sığortalanmasının əhatəsi genişlənsin və əmanətlərin banklarda saxlanılmasında banklara yardım üçün qorunan əmanətin maksimal məbləği 30 min manatdan 500 min manatadək artırılsın. Korporativ idarəetməsi yüksək olan banklarda isə bu limit aradan qaldırılsın. Digər təklifimiz isə bankların öz aralarında danışaraq iri maliyyə bankları yaratması ilə bağlıdır ki, beləliklə faizlərin aşağı düşməsi mümkün olsun".

Millət vəkili bildirib ki, manatın devalvasiyasının yaratdığı problemlərin həlli üçün hökumət çevik işləməlidir, habelə idxala ciddi nəzarət edilməlidir.

Son xəbərlər

Orphus sistemi