“United Credit Bank”ın gələcəyi ilə bağlı yekun məhkəmə prosesinin vaxtı məlum olub

“United Credit Bank”ın gələcəyi ilə bağlı yekun məhkəmə prosesinin vaxtı məlum olub İşə martın 15-də Ali Məhkəmədə baxılacaq
Maliyyə
13 Mart , 2017 14:58
“United Credit Bank”ın gələcəyi ilə bağlı yekun məhkəmə prosesinin vaxtı məlum olub

Bakı. 13 mart. REPORT.AZ/ Martın 15-də Ali Məhkəmədə, ötən ilin yanvar ayında lisenziyası Mərkəzi Bank (AMB) tərəfindən ləğv edilmiş “United Credit Bank” ASC-nin (“UCB”) bazarı tərk edib-etməməsi ilə bağlı iclas keçirləcək.

“Report”un əldə etdiyi məlumata görə, işə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq. Bank məhkəmədə AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən ilin fevral ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "UCB"-ni müflis elan edərək “Azerbaijan International Legal Company” MMC-ni Bankın ləğvedicisi təyin edib. Bununla belə, məcburi ləğvetmə prosesinə başlanılmayıb.

Çünki "UCB" məhkəmə qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra isə "UCB"-nin sahibləri Ali Məhkəməyə üz tutublar.

Son xəbərlər

Orphus sistemi