"United Credit Bank”ı da ADIF ləğv edəcək

"United Credit Bank”ı da ADIF ləğv edəcək Bunu fondun icraçı direktoru Azad Cavadov bildirib
Maliyyə
18 Aprel , 2017 10:16
United Credit Bank”ı da ADIF ləğv edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Lisenziyası ləğv olunmuş “United Credit Bank” ASC-nin ləğv edilməsi ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məşğul olacaq.

“Report”un məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalaması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib və rəhbərlik etdiyi qurum Bankın ləğvedicisi təyin olunub. 

Son xəbərlər

Orphus sistemi