“United Airlines” ötən ili 7,1 milyard dollar zərərlə başa vurub

“United Airlines” ötən ili 7,1 milyard dollar zərərlə başa vurub ABŞ-ın ən böyük hava yolu şirkətlərindən “United Airlines” ötən il yeni növ koronavirus infeksiyasına görə 7,1 milyard ABŞ dolları nağd pul itkisinə məruz qalıb.
Maliyyə
21 Yanvar , 2021 04:09
“United Airlines” ötən ili 7,1 milyard dollar zərərlə başa vurub

ABŞ-ın ən böyük hava yolu şirkətlərindən “United Airlines” ötən il yeni növ koronavirus infeksiyasına görə 7,1 milyard ABŞ dolları pul itkisinə məruz qalıb.

“Report” şirkətin açıqlamasına istinadən xəbər verir ki, 2020-ci ili 1,9 milyard dollarlıq xalis zərərlə başa vuran şirkət böhran vəziyyətinə tab gətirmək üçün təkcə ötən ilin ikinci rübündə 16,1 milyard ABŞ dolları məbləğində borc vəsait cəlb edib. Şirkətin gəliri 3,4 milyard ABŞ dollar olub.

Qeyd edək ki, ötən il koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlər üzündən sərnişin daşımaları yox dərəcəsinədək geriləyib.

Son xəbərlər

Orphus sistemi