“Union Lizinq” ötən ili mənfəətlə başa vurub

“Union Lizinq” ötən ili mənfəətlə başa vurub “Union Lizinq”in aktivləri 55% azalıb
Maliyyə
115
8 İyul , 2020 10:09
“Union Lizinq” ötən ili mənfəətlə başa vurub

“Union Lizinq” ASC 2019-cu ili 42 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 1,255 milyon manat zərərlə çıxmışdı. 

"Report" xəbər verir ki, ötən il "Union Lizinq"in gəlirləri 5,068 milyon manat (əvvəlki ilə nisbətən 3,6 dəfə çox), inzibati xərcləri 29 min manat (təxminən 80% çox), sair əməliyyat xərcləri 116 min manat (təxminən 10% az), əvvəlki illərdən qalma zərəri 4,87 milyon manat (3,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 11 min manat (əvvəlki il olmayıb) təşkil edib. 

Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.