"Unicapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 45 % azalıb
- 31 may, 2024
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
"Unicapital İnvestisiya Şirkəti" ASC 2023-cü ili 224 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 45 % azdır.
Ötən il "Unicapital"ın vergiyəqədərki mənfəəti 295 min manat (əvvəlki illə müqayisədə 42,2 % az), mənfəət vergisi ödəmələri isə 72 min manat (30,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Unicapital"ın aktivləri 20,427 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 10,7 % artaraq 18,716 milyon manata, balans kapitalı isə 15,1 % artaraq 1,711 milyon manata çatıb.
Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.