"Unicapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 31% artıb

"Unicapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 31% artıb "Unicapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 31% artıb
Maliyyə
31 İyul , 2020 12:09
Unicapital İnvestisiya Şirkətinin xalis mənfəəti 31% artıb

"Unicapital İnvestisiya Şirkəti" ASC 2019-cu ili 393 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 31% çoxdur.

Ötən il "Unicapital"ın vergiyəqədərki mənfəəti 479 min manat (əvvəlki illə müqayisədə 24,7% çox), mənfəət vergisi ödəmələri isə 86 min manat (2,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Unicapital"ın aktivləri 5,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 55,6% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 62,3% artaraq 4,4 milyon manata, balans kapitalı isə 37,9% artaraq 1,4 milyon manata çatıb.

Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.

Son xəbərlər

Orphus sistemi