"Unicapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
- 29 may, 2025
- 17:20
Yeniliklərdən dərhal xəbərdar olun!
"Unicapital İnvestisiya Şirkəti" ASC 2024-cü ili 346 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 54,5 % çoxdur.
Ötən il "Unicapital"ın vergiyəqədərki mənfəəti 464 min manat (əvvəlki illə müqayisədə 57,3 % çox), mənfəət vergisi ödəmələri isə 117 min manat (62,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Unicapital"ın aktivləri 20,803 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,8 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,3 % artaraq 19,146 milyon manata çatıb, balans kapitalı isə 3,2 % azalaraq 1,657 milyon manata düşüb.
Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.