​"Unibank" təmassız ödənişləri dəstəkləyən POS-terminalların quraşdırılmasına başlayıb

​"Unibank" təmassız ödənişləri dəstəkləyən POS-terminalların quraşdırılmasına başlayıb Bank “MasterCard” təmassız texnologiyaların dəstəklənməsi üzrə sertifikasiya prosesini başa çatdırıb
Maliyyə
4 Noyabr , 2015 17:47
​Unibank təmassız ödənişləri dəstəkləyən POS-terminalların quraşdırılmasına başlayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ "Unibank" ASC artıq bir toxunuşla ödəniş etməyə imkan verən "Albalı Plus MasterCard" təmassız (contactless) ödəniş kartlarını təqdim etməyə hazırdır. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, ötən aylarda öz Kart Prosessinq Mərkəzini istifadəyə verən bank ardından “MasterCard” təmassız texnologiyaların dəstəklənməsi üzrə sertifikasiya prosesini də uğurla başa çatdırıb.

"MasterCard PayPass" qabaqcıl texnologiyası kartı terminala oxutmadan, ödənişi tək bir toxunuşla həyata keçirməyə imkan verir. Bu cür ödəniş "MasterCard PayPass" loqotipi ilə təchiz olunub, yəni həmin funksiyanı dəstəkləyən istənilən POS-terminalda keçərlidir.

Bu texnologiyanın özəlliyi ölkə daxilində 20 manatadək xırda alış-veriş əməliyyatlarının PIN-kod daxil edilmədən yerinə yetirilə bilməsidir. Bu, kart istifadəçilərinin vaxtına qənaətə imkan yaratmaqla, kartdan istifadəni daha da asanlaşdırır. Eləcə də təmassız ödəniş zamanı kartı xidməti personala təqdim etmədən, bilavasitə kart sahibi tərəfindən terminala yaxınlaşdırmaqla yerinə yetirmək imkanı, kart ödənişlərinin təhlükəsizliyini daha da yüksəltmiş olur.

"Unibank" artıq seçilmiş partnyor şəbəkəsində təmassız ödənişləri dəstəkləyən POS-terminalların quraşdırılmasına da start verib. Belə ki, bankın başa çatdırdığı sertifikatlaşma işləri təmassız ödəniş kartlarının emissiyası ilə yanaşı, bu cür ödənişləri dəstəkləyən POS-terminallara xidmət olunmasına da imkan yaradır.

Son xəbərlər

Orphus sistemi