“Unibank” nizamnamə kapitalını daha 5 % artırır

Maliyyə
  • 08 dekabr, 2022
  • 12:18
“Unibank” nizamnamə kapitalını daha 5 % artırır

"Unibank" ASC nizamnamə kapitalını daha 6,8 milyon manat və yaxud 4,8 % artıraraq 142,586 milyon manatdan 149,386 milyon manata çatdırmağı planlaşdırır.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2,72 manat olan 2,5 milyon ədəd adi, adlı, sənədsiz yeni səhm buraxılacaq.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Son xəbərlər

Bütün Xəbər Lenti