“Unibank” nizamnamə kapitalını 9 % artırır

Maliyyə
  • 22 iyul, 2022
  • 06:15
“Unibank” nizamnamə kapitalını 9 % artırır

"Unibank" ASC nizamnamə kapitalını 11,9 milyon manat və yaxud 9,1% artıraraq 130,686 milyon manatdan 142,586 milyon manata çatdırmağı planlaşdırır.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə Bankın hər birinin nominal dəyəri 2,72 manat olan 4,375 milyon ədəd adi, adlı, sənədsiz yeni səhmi standart bazar seqmentində listinqə daxil edilib. Səhmlərə abunə yazılışı avqustun 10-na qədər həyata keçiriləcək və bundan sonra ticarət qaydalarına əsasən 5 iş günü müddətində qiymətli kağızlar ticarətə buraxılacaq. Yerləşdirmənin konkret tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti