"Unibank" müştərilərinə pulsuz "İphone 6S" vəd edir

"Unibank" müştərilərinə pulsuz "İphone 6S" vəd edir Bu barədə bankdan bildirilib
Maliyyə
117
10 Avqust , 2016 16:21
Unibank müştərilərinə pulsuz İphone 6S vəd edir

Bakı. 10 avqust. REPORT.AZ/ "Unibank" ASC müştərilərinə bank əməliyyatlarını öz smartfonlarından etməklə, "İphone 6S"ə sahib olmaq şansı yaradır. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, bank filialına getmədən, ödəmə terminalı axtarmadan, elə evdə, işdə telefonla bank əməliyyatı etməklə "İphone 6S" qazanmaq olar. "Unibank"ın "Unibank Mobile" əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.

Lotereyada oynanılan hədiyyələr aşağıdakılardır:

- "İphone 6S 16 GB Space Grey" - 2 ədəd;

- Dinamik "Bose SoundLink Mini Bluetooth II" - 2 ədəd;

- 100 manatlıq "Albukart" - 5 ədəd;

- 50 manatlıq "Albukart" - 15 ədəd;

Oktyabrın 12-dək davam edəcək lotereyanın şərtlərinə görə, "Unibank Mobile" əlavəsi hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandıracaq. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.

İkinci hissədə lotereya müddətində "Unibank Mobile" əlavəsini yükləyərək 12 iyul-12 oktyabr tarixlərində minimum 1 əməliyyat edən müştərilər iştirak edəcəklər. Hər müştərinin yalnız bir şansı olacaq. Birinci hissədə qalib gələn müştərilər, ikinci hissədə iştirak edə bilməzlər.

"Unibank Mobile" əlavəsində şans qazandıran əməliyyatlar:

1. Kredit ödənişi;

2. Pul köçürmələri;

2.1. Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta fərqli valyutada

2.2. Güzəştsiz kartdan hesaba;

2.3. Hesabdan güzəştli karta;

2.4. Kartdan karta;

2.5. Cari hesabdan əmanət hesabına fərqli valyutada;

2.6. Kartdan əmanət hesabına;

- Mobil operator ödənişləri;

- Stasionar telefon ödənişləri;

- Kommunal ödənişlər;

- İnternet, kabel TV ödənişləri;

- "Asan imza" ilə əmanət təminatı altında kredit açmaq;

- "Asan imza" ilə əmanət hesabı açmaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi