"Unibank"ın Mərkəzi Bank qarşısında öhdəlikləri artıb

"Unibank"ın Mərkəzi Bank qarşısında öhdəlikləri artıb AMB banka bir qədər də borc verib
Maliyyə
20 Sentyabr , 2016 13:45
Unibankın Mərkəzi Bank qarşısında öhdəlikləri artıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) "Unibank" ASC-yə qarşı tələbləri 45 mln. manat artıb. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, iyulun 1-nə bankın AMB qarşısında öhdəlikləri bu ilin əvvəli ilə müqayisədə 56,25% çoxdur. 

Son nəticədə 6 ay ərzində sözügedən göstərici 80 mln. manatdan 125 mln. manata yüksəlib. 

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhmi var. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi