"Unibank" mənfəət-zərər hesabatını açıqlayıb

"Unibank" mənfəət-zərər hesabatını açıqlayıb Bank ehtiyat ayırmalarını artırıb
Maliyyə
21 Noyabr , 2016 13:22
Unibank mənfəət-zərər hesabatını açıqlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ "Unibank" ASC 2016-cı ilin yanvar-sentyabr ayları üzrə mənfəət-zərər hesabatını açıqlayıb. Bank cari ilin III rübünü 28,412 mln. manat xalis zərərlə yekunlaşdırıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, buna səbəb aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaların artmasıdır. Belə ki, Bank hesabat dövründə 45,861 mln. manat xalis əməliyyat mənfəəti əldə edib, bu dövrdə ehtiyat ayırmalar isə 74,273 mln. manat olub.

Hesabat dövründə "Unibank"ın faiz gəlirləri 96,817 mln. manat, faiz xərcləri 36,396 mln. manat, qeyri-faiz gəlirləri 20,347 mln. manat, qeyri-faiz xərcləri 34,997 mln. manat təşkil edib. 

Qeyd edək ki, II rübün sonunda Bankın əməliyyat mənfəəti 27,712 mln. manat, ehtiyat ayırmaları 61,650 mln. manat və vergilər ödənildikdən sonra xalis zərəri 33,938 mln. manat olub. 

Son xəbərlər

Orphus sistemi