"Unibank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 25 iyul, 2023
  • 11:17
Unibank maliyyə vəziyyətini açıqlayıb

“Unibank” ASC bu ilin I yarısını 9,202 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,65 dəfə çoxdur.

Yanvar-iyun aylarında “Unibank”ın gəlirləri 148,339 milyon manat (illik müqayisədə 48,7 % çox), xərcləri 116,386 milyon manat (28,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 22,752 milyon manat (2,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Unibank”ın aktivləri 1 560,55 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 36,5 % çoxdur. Bunun 938,444 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,2 % böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 38,6 % artaraq 1 437,067 milyon manata, o cümlədən depozit portfeli 39,9 % artaraq 1 104,373 milyon manata, balans kapitalı isə 16,5 % artaraq 123,483 milyon manata, o cümlədən nizamnamə kapitalı 14,3 % artaraq 149,386 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

44 filmi