“Unibank”ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb

“Unibank”ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb “Unibank” ASC bu ilin yanvar-sentyabr aylarını 66,803 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
31 Oktyabr , 2019 17:45
“Unibank”ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb
Report

“Unibank” ASC bu ilin yanvar-sentyabr aylarını 66,803 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 95,8% və yaxud 2 dəfəyə yaxın çoxdur.

9 ay ərzində “Unibank”ın gəlirləri 79,307 milyon manat (illik müqayisədə 63,9% çox), xərcləri 70,044 milyon manat (29,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 57,591 milyon manat (44,9% çox), mənfəət vergisi ödəmələri isə 51 min manat (17,7% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Unibank”ın aktivləri 787,771 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7% çoxdur. Bunun 425,114 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,6% böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 13,7% artaraq 664,94 milyon manata, o cümlədən depozit portfeli 28,1% artaraq 528,736 milyon manata, balans kapitalı isə 45,1% artaraq 122,832 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi