“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncağın gündəliyinə Bankın ötən il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir
Maliyyə
21 May , 2021 10:09
“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 24-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində “Zoom” proqramı vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın ötən il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi