“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək
- 10 mart, 2022
- 06:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 30-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - “Zoom” proqram təminatı vasitəsilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə "Unibank"ın əhəmiyyətli əqdlərinin təsdiq edilməsi, kapitallaşdırma və bununla bağlı məsələlər, yığıncağının qərarlarının icrası ilə bağlı səlahiyyətlərin verilməsi daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,7%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,3%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.