“Unibank”ın səhmdarlarının pay bölgüsü dəyişib

Maliyyə
  • 24 dekabr, 2021
  • 07:49
“Unibank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Unibank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

“Report” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 5 000 001,92 manat və yaxud təxminən 4% artırılaraq 125 686 355,68 manatdan 130 686 357,6 manata çatdırılmasından sonra baş verib.

Kapital artımı üçün "Unibank"ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2,72 manat olan 1 838 236 ədəd yeni səhmi yerli fiziki şəxslər alıb. Son nəticədə Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı Eldar Qəribovun payı 86,4%-dən 86,7%-ə, digər yerli fiziki şəxslərin (Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov, eləcə də Zemfira Cəfərova və Emin Quliyev) payı isə 3%-dən 5,5%-ə çatıb. Əvəzində xarici fiziki şəxslərin (Tsagkamilis Georgies) payı 3%-dən 0,5%-ə, xarici hüquqi şəxslərin payı isə ("Canley Finance SA") payı isə 7,6%-dən 7,3%-ə düşüb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb.