“Unibank”ın müştəriləri ƏDV-ni kartlarına qaytara biləcəklər

“Unibank”ın müştəriləri ƏDV-ni kartlarına qaytara biləcəklər Bank “Tax Free” xidmətinə qoşulub
Maliyyə
435
5 Oktyabr , 2017 11:49
“Unibank”ın müştəriləri ƏDV-ni kartlarına qaytara biləcəklər
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Unibank” ASC-nin müştərilərinin xaricdə etdikləri alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisi (ƏDV) birbaşa kartlarına geri qayıdacaq.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, bu, “Unibank”ın “Tax Free” xidmətinə qoşulması sayəsində mümkün olacaq. Bankın kartı olmasa belə, “Unibank”ın hesabına “Tax Free” xidmətinə qoşulan hər kəs qısa müddətdə Avropa ölkələrində etdiyi alış-verişin ƏDV-sini çox asan yolla geri ala biləcək.

Qeyd edək ki, “Tax Free” xidməti Avropada aliş-veriş zamanı ƏDV-nin geri qaytarılmasının ən sadə yoludur. Bu xidmət 6 Avropa ölkəsindən (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya) hər hansı birində alış-veriş edilən zamanı, növbəsiz, hec bir bəyannamə doldurmadan, xərclənən məbləğin 19%-ə qədərinin geri qaytarılmasını nəzərdə tutur.

ƏDV-ni geri almaq üçün “Taxfree4U” mobil əlavəsini “AppStore” və yaxud “GooglePlay” dən yükləyərək promo kodu kimi "UNİBANK" daxil etmək lazımdır. Bunun üçün aşağıdakı linklər var:

https://play.google.com/store/apps/details?id=eu.taxfree4u.client

https://itunes.apple.com/app/taxfree4u/id1081482540?mt=8

Bundan sonra qəbzlərin şəkillərini aydın görünən formada çəkmək, “Taxfree4U” profilinə yükləmək, səfər haqqında məlumatı əlavə etmək, bəyannaməni yükləmək və çap etmək lazımdır. “Taxfree4U” bəyannaməsi turistin elektron poçt ünvanına və yaxud “Taxfree4U” mobil əlavəsinə göndərilir və ona bu barədə məlumat verilir. Bundan sonra ƏDV bəyannaməsi gömrük zabitinə təqdim edilərək möhürlə təsdiqlənməli, daha sonra hava limanındakı tərəfdaşa və yaxud mənzil başına çatanda “Taxfree4U” şirkətinə təqdim edilməlidir. Bununla da, ƏDV bank kartına geri qayıdır.

Xidmət haqqında daha ətraflı məlumatla https://taxfree4u.eu/ linki vasitəsilə tanış olmaq mümkündür. Bununla yanaşı “Unibank”a məxsus (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) də ətraflı məlumat əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi