“Unibank”ın mənfəəti kəskin artıb

“Unibank”ın mənfəəti kəskin artıb “Unibank” ASC 2019-cu ili 23,965 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
30 Yanvar , 2020 17:19
“Unibank”ın mənfəəti kəskin artıb
Report

“Unibank” ASC 2019-cu ili 23,965 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 5,8 dəfə çoxdur.

Ötən il “Unibank”ın gəlirləri 152,418 milyon manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 96,756 milyon manat (15% çox), xüsusi ehtiyatlara ayırmaları isə 31,698 milyon manat (əvvəlki ilə qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Unibank”ın aktivləri 787,199 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,4% çoxdur. Bunun 396,928 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 13% böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 10,1% artaraq 696,986 milyon manata, o cümlədən depozit portfeli 18,8% artaraq 530,732 milyon manat, balans kapitalı isə 34,5% artaraq 90,213 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 77,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi