"Unibank" elektron ticarət sahəsində lider olub

"Unibank" elektron ticarət sahəsində lider olub Bankın tərəfdaşları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var
Maliyyə
16 Mart , 2017 15:15
Unibank elektron ticarət sahəsində lider olub

Bakı. 16 mart. REPORT.AZ/ "Unibank" ASC “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə I yerin qalibi olub. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətinin qiymətləndirilməsi zamanı, "Unibank" daha bir neçə nominasiya üzrə mükafatlandırılıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verən və öz fəaliyyətində bu prinsipləri əsas tutan bank, “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyaları üzrə isə II yeri tutub.

"Unibank" bazarda öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerdədir. Bankın tərəfdaşları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var.

Bank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

Son xəbərlər

Orphus sistemi