“Unibank” yeni kampaniya keçirir

“Unibank” yeni kampaniya keçirir "From.ae" saytından “Unibank” kartı ilə sifariş edilən istənilən "Apple" məhsulunun qiymətinə 25 manat hədiyyə ediləcək
Maliyyə
29 Avqust , 2017 13:11
“Unibank” yeni kampaniya keçirir
Report

Bakı. 29 avqust. REPORT.AZ/ “Unibank” ASC 25 illik yubileyi münasibətilə hər bir müştərisinə 25 manat hədiyyə kampaniyası keçirir. Yeni kampaniyaya əsasən, avqustun 25-dən sentyabrın 7-dək "From.ae" (https://az.fromae.com/az/) saytından “Unibank” kartı ilə sifariş edilən istənilən "Apple" məhsulunun (aksesuarlar istisna) qiymətinə 25 manat “Unibank”dan hədiyyə ediləcək.

“Report" bu barədə banka istinadən xəbər verir.

Endirimdən yalnız “Unibank” kart istifadəçiləri onlar üçün ayrılmış “Unibank 25 il” ödəniş panelini seçməklə və xüsusi promo kodu daxil etməklə faydalana bilərlər. Promo kod SMS vasitəsi ilə müştərinin telefonuna göndərilir. SMS əldə etməyən müştərilər müxtəlif yollarla - 117 Məlumat Mərkəzinə zəng etməklə, filiallara müraciət etməklə, “Unibank Mobile” üzərindən sorgu göndərməklə promo kodu əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi