​"Unibank" "Cashback" xidmətini genişləndirib

​"Unibank" "Cashback" xidmətini genişləndirib Xərclənən vəsaitin 20%-dək hissəsi karta geri qayıdacaq
Maliyyə
102
1 Avqust , 2016 13:52
​Unibank Cashback xidmətini genişləndirib

Bakı. 1 avqust. REPORT.AZ/ "Unibank" ASC "Cashback" xidmətini əmək haqqı, "Albalı plus" kredit və "Albalı plus" debet kartlarına da şamil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, "Unibank" kartları ilə tərəfdaş və qeyri-tərəfdaş mağazalarda alış-veriş zamanı xərclənən vəsaitin 20%-dək hissəsi 3 gün ərzində karta geri qayıdacaq. Beləliklə, müştəri həm "Unibank"ın tərəfdaş mağazalarında olan endirimlərdən faydalanacaq, həm də xərclədiyi pulun bir hissəsini Bank yenidən hesaba hədiyyə edəcək.

Bankın istənilən filialından və eləcə də onlayn formada sifarişlə "Albalı plus" (http://debet.albali.az/) və digər debet kartları almaq mümkündür. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi