“Unibank” bu ilin I rübünü mənfəətlə başa vurub

“Unibank” bu ilin I rübünü mənfəətlə başa vurub Bank rüb ərzində 591 min manat mənfəət əldə edib
Maliyyə
23 Aprel , 2021 13:51
“Unibank” bu ilin I rübünü mənfəətlə başa vurub
Report

“Unibank” ASC bu ilin I rübünü 591 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,7 dəfə azdır.

Yanvar-mart aylarında “Unibank”ın gəlirləri 32,911 milyon manat (illik müqayisədə 16,4% çox), xərcləri 28,794 milyon manat (17,7% çox), xüsusi ehtiyatlara ayırmaları 3,525 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Unibank”ın aktivləri 839,106 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11% çoxdur. Bunun 523,268 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,5% böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 12,4% artaraq 741,407 milyon manata, o cümlədən depozit portfeli 15,2% artaraq 560,659 milyon manata, balans kapitalı isə 1,6% artaraq 97,699 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi