“Unibank” biznes sahibləri üçün 50%-lik endirim kampaniyası keçirir

“Unibank” biznes sahibləri üçün 50%-lik endirim kampaniyası keçirir Bakı. 5 yanvar. REPORT.AZ/ Yanvarın 31-dək “Unibank” ASC-də hüquqi şəxs hesabı açan müştərilərə 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək.
Maliyyə
5 Yanvar , 2018 15:07
“Unibank” biznes sahibləri üçün 50%-lik endirim kampaniyası keçirir
Report

Bakı. 5 yanvar. REPORT.AZ/ Yanvarın 31-dək “Unibank” ASC-də hüquqi şəxs hesabı açan müştərilərə 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, biznes sahibləri üçün keçirilən kampaniya konvertasiya əməliyyatları, manat və xarici valyuta ödənişləri, əmək haqqı layihəsi üzrə köçürmələr, nağd pulun çıxarılması və hüquqi şəxslər üçün kartın qiymətində endirimləri əhatə edir.

“Unibank”ın biznes müştərisi olmaq hesabların məsafədən və təhlükəsiz idarə olunması, hesabın bir neçə dəqiqə ərzində bron edilməsi, ölkədəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma, kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması, sənəd dövriyyəsinin minimuma endirilməsi, “Unibank” və “eManat” terminallarında ödəniş və digər əməliyyatlar aparılması imkanı verir.

"Unibank"ın rəqəmsal bankçılıq xidmətləri - "Unibank Mobile Business", "Internet Banking" və "Telegram Bot" biznes sahiblərinə harada olmaqlarından asılı olmayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Sahibkarlar həftə ərzində saat 09:00-dan 17:00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank - Biznes Mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi