“Unibank”a kənar auditor təyin olunacaq

“Unibank”a kənar auditor təyin olunacaq İyunun 18-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Maliyyə
5 May , 2020 11:50
“Unibank”a kənar auditor təyin olunacaq

İyunun 18-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın 2019-cu ildəki fəaliyyətinə dair maliyyə hesabatlarının təsdiq edilməsi, Bankın idarəetmə orqanlarının tərkibinin nəzərdən keçirilməsi, maliyyə qurumuna kənar auditor təyin olunması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 77,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi