“Unibank” 10 mln. dollarlıq istiqraz yerləşdirib

“Unibank” 10 mln. dollarlıq istiqraz yerləşdirib Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Unibank” ASC-nin AZ2011002022 ISIN nömrəli, faizli, sənədsiz, adlı təmin edilməmiş, 10 mln. ABŞ dolları məbləğində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
29 Dekabr , 2017 13:05
“Unibank” 10 mln. dollarlıq istiqraz yerləşdirib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Unibank” ASC-nin AZ2011002022 ISIN nömrəli, faizli, sənədsiz, adlı təmin edilməmiş, 10 mln. ABŞ dolları məbləğində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, istiqrazlar nominal qiymətlə (10 000 dollar) yerləşdirilib.

İstiqrazlara tələb təklif qədər olub və onların hamısı satılıb.

Qanunvericiliyə müvafiq olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası emissiyasının yekunlarını dövlət qeydiyyatına aldıqdan sonra yerləşdirmə baş tutmuş hesab ediləcək. 

Son xəbərlər

Orphus sistemi