Ümumdünya Ticarət Təşkilatının yeni baş direktoru prioritetlərini açıqlayıb

Ümumdünya Ticarət Təşkilatının yeni baş direktoru prioritetlərini açıqlayıb Ümumdünya Ticarət Təşkilatına yeni rəhbər seçilib
Maliyyə
16 Fevral , 2021 03:05
Ümumdünya Ticarət Təşkilatının yeni baş direktoru prioritetlərini açıqlayıb
Nqozi Okonyo-İveala

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yeni baş direktoru Nqozi Okonyo-İveala koronavirus pandemiyası nəticəsində ziyan görən qlobal ticarətin bərpasına üstünlük vermək niyyətindədir.

“Report”un məlumatına görə, nigeriyalı iqtisadçı və keçmiş maliyyə naziri olan baş direktor bildirib ki, koronavirus pandemiyasının beynəlxalq ticarətə vurduğu dağıdıcı və ağır zərbənin təsirlərindən tez xilas olmaq üçün güclü ÜTT vacibdir.

Təşkilatın çox problemlə üzləşdiyini xatırladan baş katib əlavə edib ki, yaxşı koordinasiyalı birgə iş ÜTT-ni daha güclü və daha aktiv etməklə yanaşı bugünkü reallıqlara uyğunlaşdıra biləcək.

Qeyd edək ki, ÜTT-nin yeni xanım baş katibi vəzifə səlahiyyətlərinin icrasına martın 1-də başlayacaq. N.Okonyo-İveala beynəlxalq quruma baş direktor seçilməsi ilə ÜTT tarixində ilk qadın rəhbər olub.

Son xəbərlər

Orphus sistemi