Bakı. 23 iyun.
"Report" xəbər bverir ki, bu barədə Ukrayna Mərkəzi Bankının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Statistika Komitəsinin dəqiqləşdirilmiş nəticələrinə əsasən, 2016-cı ilin ilk rübündə real ÜDM illik müqayisədə 0,1% artıb. 2015-ci ilin son rübü ilə müqayisədə isə real ÜDM 0,7% azalıb.
Ukrayna Mərkəzi Bankı 2016-cı il ilk rübündə iqtisadi artım templərinə mane olan səbəblər arasında Rusiyanın tranzit məhdudiyyətləri və yanvar ayında pis hava şəraitini göstərib. Mərkəzi Bank 2016-cı il yekununda 1,1% iqtisadi artım əldə olunacağını proqnozlaşdırıb.